La Liqanın lideri “Real Madrid” səfərdə “Osasuna” ilə üz-üzə gəlib. Xatırladaq ki, bu komandaların ilk dövrədə “Santyaqo Bernabeu” arenasında keçirilən görüşündə hesab açılmamışdı. Ötən mövsüm isə bu arenada komandalar fərqlənə bilməmişdilər. Bu dəfə isə azarkeşlər məhsuldar qarşılaşma izləyiblər. 12-ci dəqiqədə David Alaba “Kral klubu”nun ilk qolunu vurub. 2 dəqiqədən sonra Ante Budimir tarazlığı bərpa edib. Hissənin sonunda Marko Asensio qonalqarı hesabda önə keçirib. Fasilədən sonra meydan sahiblərinin qapısına 2 dəfə penalti təyin edilib. Hər iki halda Kərim Benzema fürsəti əldən verib. “Osasuna”nın qapıçısı Serxio Errera la liqaın bombardirrinin fərqlənməsinə imkan verməyib. Təsdüfi deyil ki, komandası uduzsa da, oyunun ən yaxşısı məhz “Osasuna”nın qolkiperi seçilib. Görüşün son saniyələrində Lukas Vazkes mübarizəyə nöqtə qoyub - 3:1.
Sona 5 tur qalmış “Real Madrid” ən yaxın rəqibi “Atletiko”nu 17 xal qabaqlayır. Dieqo Simeonenin komandası çempionlu imknalrını itirib. Hazırda yalnız “Barselona “Real Madrid”ə çatmaq imkanlarını saxlayır. Əzəli rəqibindən 18 xal geri qalan “Barsa”nın ehtiyatda 2 oyunu var. “Sevilya” isə riyazi cəhətdən “Kral klubu”na çata bilsə də, şəxsi oyunlarda məğlub olduğundan çempionluq imkanlarını itirib.